De Xea “Top-10”da
David de Xea “Mançester Yunayted”də 511-ci oyununu keçirib. Bu, kubokun “Everton”la matçına təsadüf edib.
Bu görüşdə mançesterlilər 3:1 hesablı qələbə qazanıb. İspaniyalı qapıçı bununla da klub tarixində ən çox oyun keçirən 10-cu futbolçu olub.
“Qırmızı şeytanlar”ın rekordu isə Rayan Giqqzə məxsusdur. O, 963 oyun keçirib.