De Vrey zədələndi

De Vrey zədələndi

İtaliya “İnter”i itki ilə üzləşib. Milan təmsilçisinin müdafiəçisi Stefan de Vrey zədələnib.

O, Çempionlar Liqasının “Liverpul”la 1/8 final mərhələsinin cavab oyununda xəsarət alıb. 30 yaşlı niderlandlının sol ayağında zədə aşkarlanıb.

De Vreyin aldığı xəsarətin ciddi olmadığı ehtimal olunur. Müayinələrdən sonra durumuna tam aydınlıq gələcək müdafiəçi “Liverpul”la matçın fasiləsində əvəzlənib.

Qeyd edək ki, “İnter” 1:0 hesabı ilə qalib gəlsə də, ilk oyundakı məğlubiyyət (0:2) üzündən mübarizəni dayandırıb.

ETOPAZ

Əvvəlki yazı

1/8 finalda 7 qol vuranlar

Növbəti yazı

AVRO-2028-də komanda sayı artırılır