De Liqt zədədən qayıtdı
“Bavariya”nın futbolçusu Mateys de Liqt məşqləri bərpa edib. Mərkəz müdafiəçisi zədədən sonra komanda ilə hazırlığa qatılıb.
24 yaşlı niderlandlı son iki oyunu buraxıb. O, “Real”la Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə şans qazana bilər.
Qeyd edək ki, de Liqt mövsümün 27 matçında 2 qola imza atıb.