De Byazi barədə qərar verildi

De Byazi barədə qərar verildi

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Yığıncaqda Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin hesabatı təqdim olunub.

İtaliyalı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya və İsveçə qarşı oyunlar barədə danışıb. Hesabat dinlənildikdən sonra İcraiyyə Komitəsinin üzvləri tərəfindən uğursuz nəticələrlə əlaqədar baş məşqçiyə iradlar səsləndirilib. Onlar hər iki oyunun ciddi təhlil olunmasının, yol verilmiş səhvlərin gələcək matçlarda təkrarlanmamasının vacibliyini bildirib. 

Milliyə cəlb olunan futbolçuların oyunlara daha da məsuliyyətlə yanaşması, qarşılaşmalara hazırlıq və oyunlar zamanı vətənpərvərlik hisslərinin yüksək olması və klubların da bu prosesdə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi vacibliyi qeyd edilib.

İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə qısa məlumat verib. O, futzal üzrə milli komandanın heyətinin komplektləşdirilməsi və ölkə çempionatı ilə əlaqədar təkliflər səsləndirib.

İclasın sonunda Klublar Komitəsi tərəfindən İcraiyyə Komitəsinə ünvanlanmış təkliflər barədə məlumat verilib. Bununla bağlı yaxın günlərdə münasibət bildiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted” Olmonu istəyir

Növbəti yazı

Poqba zədəsini sağaltdı