De Breyne Bekhemə çatdı

De Breyne Bekhemə çatdı

“Mançester Siti”nin futbolçusu Kevin de Breyne Premyer Liqada 80-ci assistinə imza atıb. Belçikalı futbolçu XXIII turun “Sauthempton”la görüşündə fərqlənib.

1:1 hesabı ilə başa çatan görüşdə qolun ötürməsini verən Kevin bu göstəricidə Devid Bekhemə çatıb. Ona bu rəqəmə çatmaq üçün 197 matç yetərli olub.

Assist sayında rekord Rayan Qiqqzə məxsusdur – 162. Sesk Fabreqas 111, Ueyn Runi 103, Frenk Lempard 102, Dennis Berqkamp 94, David Silva 93, Stiven Cerrard 92, Ceyms Milner 86 assistin müəllifidir.

ETOPAZ

Əvvəlki yazı

Qvardiola Mourinyonun rekordunu keçdi

Növbəti yazı

Kris “Finiks”i qələbəyə daşıdı