Qvardiola Mourinyonun rekordunu keçdi

Qvardiola Mourinyonun rekordunu keçdi

Pep Qvardiola İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb. O, 500 xal səddinə ən tez çatan baş məşqçi olub.

Onun rəhbərlik etdiyi “Mançester Siti” “Sauthempton””la görüşdə xal itirib – 1:1. Bununla da “şəhərlilər” 51 yaşlı ispaniyalının rəhbərliyi altında 213-cü görüşündə 500-cü xalını qazanıb.

Qvardiolaya qədər rekord Joze Mourinyoya məxsus idi. O, 1000-i 231-ci görüşdə yarılayıb. Yurgen Klopp 236, Aleks Ferqyuson 242, Arsen Venger 249, Rafael Benites 267, David Moyes 340, Martin O’Nil 351, Mark Hyuz 367, Sem Ellardays 386, Harri Rednapp 392, Stiv Brüs 441 matçda buna nail olub.

ETOPAZ

Əvvəlki yazı

Barti və Osakasız Dubay turniri

Növbəti yazı

De Breyne Bekhemə çatdı