DÇ-2022-yə 1,8 milyon bilet satıldı

DÇ-2022-yə 1,8 milyon bilet satıldı

Qətərdə keçiriləcək DÇ-2022-yə satılan biletlərin sayı açıqlanıb. Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

İndiyədək 1,8 milyon bilet satılıb. Bunun əksəriyyəti Qətər vətəndaşları tərəfindən alınıb.

Kanada, İngiltərə, Fransa, Almaniya, Hindistan, Səudiyyə Ərəbistanı, İspaniya, BƏƏ və ABŞ da ən çox bilet alan 10 ölkə sırasındadır. Hər azarkeş mundiala maksimum 60, bir oyuna 6 bilet ala bilər. Ümumilikdə 3 milyon bilet satışa çıxarılacaq.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Fransa klubunda yeni baş məşqçi

Növbəti yazı

İzner tilsimi qırdı