İzner tilsimi qırdı
Con İzner karyerasında ilk dəfə Endi Marreyə qalib gəlib. ABŞ tennisçisi tilsimi “Uimbldon”un ikinci mərhələsində qırıb.
Bunadək rəqibinə 8 dəfə uduzan Con 6:4, 7:6, 6:7, 6:4 hesabı ilə qalib gəlib. O, 2016-cı ildən sonra ilk dəfə “Uimbldon”un üçüncü mərhələsinə yüksəlib. 6 il öncə İzner yarımfinaladək irəliləyib.