DÇ-2022: 1/8 finala start verilir

DÇ-2022: 1/8 finala start verilir

Bu gün DÇ-2022-nin pley-off mərhələsinə start veriləcək. Mundialın 14-cü günündə 1/8 finalın 2 qarşılaşması baş tutacaq.

A qrupunu lider bitirən Niderland B qrupunun 2-cisi ABŞ-la üz-üzə gələcək. C qrupunda 1-ci yeri tutan Argentina isə D qrupunun 2-cisi Avstraliya ilə münasibətlərinə aydınlıq gətirəcək.

DÇ-2022
1/8 final mərhələsi, 3 dekabr
19:00. Niderland – ABŞ
“Xalifa” stadionu
23:00. Argentina – Avstraliya
“Ahmad Bin Ali” stadionu

ETOPAZ

Əvvəlki yazı

1/8 finalın son cütləri bəlli oldu

Növbəti yazı

İtkisiz komanda qalmadı