Dalot “Roma”nın hədəfində

Dalot “Roma”nın hədəfində

“Roma” heyətinə yeni futbolçu cəlb edə bilər. Klub “Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalotu transfer etməkdə maraqlıdır.

Portuqaliyalıya “Mançester Yunayted”in əsas heyətində yer verilmir. İtaliya klubu isə müntəzəm oyun vaxtı vəd edərək onu A Seriyasına cəlb etməyə ümid edir. 23 yaşlı müdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Dalot bu mövsüm “Milan”dan icarədən qayıtdıqdan sonra İngiltərə klubunun heyətində bütün yarışlarda 22 oyun keçirib.

ETOPAZ

Əvvəlki yazı

“Qalatasaray” Torrentlə yollarını ayıracaq

Növbəti yazı

“İnter” Bremeri istəyir