Cokoviçdən yeni rekord, Samprası keçdi
Dünyanın birinci raketkası Novak Cokoviç Parisdəki “Masters”in yarımfinalında Hubert Hurkaça qalib gəlib. Serbiyalı tennisçi bu qələbə ilə həm finala yüksəlib, həm də 2021-ci ilin yekununda ATP-nin Çempionluq yürüşündə 1-ci yeri təmin edib.
Bununla da Cokoviç karyerasında 7-ci dəfə ili dünyanın ən yaxşı tennisçisi kimi başa vurub. ATP bu ildən ilin ən yaxşısını 52 həftənin nəzərə alındığı reytinqlə deyil, Çempionluq yürüşü ilə müəyyənləşdirməyə qərar verib.
Novak 7 dəfə ilin ən yaxşısı olmaqla yeni rekorda imza atıb. O, 6 dəfə bunu bacaran Pit Samprası arxada qoyub.