Ceyms və Çiluell sıraya döndü

Ceyms və Çiluell sıraya döndü

“Çelsi”nin zədəli futbolçularından ikisi sıraya dönüb. Əsas heyət üzvləri Ris Ceyms və Bencamin Çiluell məşqləri bərpa edib.

Ris dekabrın 27-də “Bornmut”la qarşılaşmada (2:0) zədələndiyi üçün əvəzləndikdən sonra meydana çıxmayıb. Müdafiəçi bundan əvvəl də zədədən əziyyət çəkdiyi üçün İngiltərə millisi ilə DÇ-2022-yə yollanmayıb.

Çiluell noyabrın əvvəlində xəsarət alıb. O, təxminən 2,5 ay komandadan ayrı düşüb.

Hər iki futbolçunun Premyer Liqanın XXI turunda iştirakı gözlənilir. “Çelsi” yanvarın 21-də “Liverpul”la görüşəcək.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti” Avropada hamını qabaqladı

Növbəti yazı

Günün şansı – 19.01.2023