Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi
Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub. Moldovanın “Şerif” klubunun qapıçısı Georgios Atanasiadis qrup mərhələsinin II turunun ən yaxşısı seçilib.
Yunanıstanlı qolkiper İspaniya “Real”ı üzərində Madriddəki 2:1 hesablı qələbədə pay sahibi olub. 28 yaşlı əlcək sahibi bu qarşılaşmada 11 seyv edib.
Atanasiadis azarkeşlər arasında səsvermədə digər üç namizədi qabaqlayıb. O, Milan Şkrinyar (“İnter”), Leroy Sane (“Bavariya”) və Darvin Nunyesi (“Benfika”) arxada qoyub.