“Top-10”da 6000 gün
“Böyük dəbilqə” turnirlərinin 20 qat çempionu Rafael Nadal qeyri-adi rekorda imza atıb. O, dünya reytinqinin “Top-10-unda ardıcıl 6000 gün keçirən ilk kişi tennisçi kimi tarixə düşüb.
İspaniyalı ulduz 2005-ci il aprelin 25-də “onluğ”a daxil olub. Nadal həmin vaxt ən güclülər sırasını tərk etməyib.
Rafaelə qədər bunu bacaran olmayıb. Rocer Federer “onluq”da 6000-dən artıq gün keçirsə də, bu müddət ərzində “Top-10”u tərk edib.