Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub. UEFA I turun ən yaxşı futbolçusunun adını açıqlayıb.
Sebastyan Aller bu ada layiq görülüb. Niderland təmsilçisi “Ayaks”ın futbolçusu ilk turda pokerə imza atıb. O, “Sportinq”lə Portuqaliyadakı oyunda (5:1) dörd qol vurub.
Xatırladaq ki, turun oyunçusu adına digər namizədlər Dortmund “Borussiya”sının orta sahə oyunçusu Cud Bellingem, “Bavariya”nın qol “silahı” Robert Levandovski və “Leypsiq”in yarımmüdafiəçisi Kristofer Nkunku idi.