Çempionlar Liqasında həftənin futbolçusu açıqlandı

Çempionlar Liqasında həftənin futbolçusu açıqlandı

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb. 1/8 final mərhələsinin cavab oyunları çərçivəsindəki ilk 4 matçın ən yaxşısı Kərim Benzema olub.

İspaniya “Real”ının hücumçusu digər namizədləri qabaqlayıb. O, Almaniya “Bavariya”sından Robert Levandovski, İngiltərənin “Mançester Siti” klubundan Fernandinyo və İtaliya “İnter”indən Milan Şkrinyarı geridə qoyub.

Qeyd edək ki, Kərim Fransa PSJ-sinə 3:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi”yə transfer qadağası

Növbəti yazı

“Arsenal”ın transfer planı