“Arsenal”ın transfer planı
İngiltərə “Arsenal”ının yay transfer planları bəlli olub. London təmsilçisi 6 futbolçu transfer etməyi planlaşdırır.
Paytaxt klubunun baş məşqçisi Mikel Arteta hansı mövqelərə oyunçu alınacağını da müəyyənləşdirib. “Topçular” iki hücumçu, bir vinger, bir yarımmüdafiəçi və iki müdafiəçi almaq niyyətindədir. Müdafiəçilərdən biri sağ cinah, digəri sol mərkəz üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Arsenal” Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.