Çempionlar Liqasında görünməmiş hadisə

Çempionlar Liqasında görünməmiş hadisə

Çempionlar Liqasının 2021/22 mövsümünün I turunun “Sevilya” (İspaniya) – “Zalsburq” (Avstriya) matçı (1:1) qeyri-adi rekordla əlamətdar olub. Turnirin tarixində ilk dəfə bir oyunda 4 penalti təyin olunub. Bu, Çempionlar Liqasının tarixində görünməmiş hadisədir. Belaruslu Aleksey Kulbakov 1 dəfə qonaqları, 3 dəfə meydan sahiblərini cəzalandırıb. İvan Rakitiç və Luka Suçiç hərəyə bir imkanı qola çevirib. Luka, həmçinin Kərim Adeyemi penaltini qaçırıb. Bu 11 metrlik cərimə zərbələri oyunun ilk 42 dəqiqəsinə təsadüf edib.

İndiyədək Çempionlar Liqasının rekordu bir oyunda 3 penaltinin təyin olunması idi. 10 dəfə təsadüf olunan belə hadisələrin heç birində bütün zərbələr qolla nəticələnməyib.

ETOPAZ

Əvvəlki yazı

NBA-da vaksinasiya məcburi olmayacaq

Növbəti yazı

Benzemanın “Qızıl top” arzusu