Benzemanın “Qızıl top” arzusu
Fransa millisinin və İspaniya “Real”ının futbolçusu Kərim Benzemanın hədəfləri bəlli olub. Təcrübəli hücumçu “Qızıl top” qazanmaq arzusunda olduğunu açıqlayıb:
“Qızıl top” üçün gözümə yuxu getmədiyini deyə bilmərəm, amma bu mükafat hər bir futbolçunun xəyalıdır. Mən komandama kömək etmək istəyirəm. Hər oyunçu “Qızıl top” qazanmaq istəyir ki, mən də onların sırasındayam”.
Benzema Çempionlar Liqasını qazanmaq istəyini də etiraf edib:
“Mənim üçün Çempionlar Liqası təzyiqin daha yüksək olduğu ən vacib turnirdir. Hesab edirəm ki, hazırda turnirdə favorit yoxdur. Bizim əla komandamız var. Biz Çempionlar Liqasında qalib olmaq üçün mübarizə aparacağıq”.