Çempionlar Liqasında “Dördlər finalı” ideyası

Çempionlar Liqasında “Dördlər finalı” ideyası

UEFA Çempionlar Liqasının formatı dəyişdirilə bilər. Bunu qurumun prezidenti Aleksander Çeferin açıqlayıb.

Sloveniyalı funksioner yarışda “Dördlər finalı”nın tətbiqinin tərəfdarıdır: “Həlledici oyunların belə keçirilməsi əla olar. Bunu bəzi klubların rəhbərləri ilə müzakirə etmişəm. Onlar da bununla razıdır. Klublara evdəki yarımfinal üçün itirəcəkləri vəsaiti kompensasiya etmək məsələsini düşünmək lazımdır. Bunun 2024/25 mövsümündə də reallaşmasına şübhə edirəm. Yeniliyi belə tez etmək çətin olsa da, bunu çox istərdim”.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti”nin rəqibi müəyyənləşdi

Növbəti yazı

104 oyunluq seriya qırıldı