104 oyunluq seriya qırıldı
“Leykers” “Nyu-York”la qarşılaşmada əzmkar qələbə qazanıb. İkinci hissədə 21 xal geridə olan Los-Anceles təmsilçisi 122:115 hesabı ilə qalib gəlib.
Bunadək kaliforniyalılar ən azı 21 xal geri düşdüyü 104 matçın heç birində geridönüş edə bilməmişdi. Bu seriyaya son qoyan “Leykers” mövsümdə 26-cı qələbəsini qazanıb. 54 oyun keçirən komanda Qərb konfransında 9-cudur.