Çempionat oyunu yarımçıq qaldı
Belçika çempionatının XVII turunda qalmaqal yaşanıb. Hadisə “Standard” və “Şarlerua” arasında matçda baş verib. Görüş sona çatdırılmayıb.
Buna azarkeşlərin davranışı səbəb olub. Baş hakim 87-ci dəqiqədə görüşü vaxtından əvvəl bitirmək məcburiyyətində qalıb. Fanatlar meydana protexniki vasitələr və kənar əşyalar atıblar. Hakimin final fitindən sonra iki komandanın azarkeşləri arasında dava düşüb. Oyun dayandırılan vaxt “Şarlerua” 3:0 hesabı ilə öndə olub.