“Şarlott”dan 30 ilin rekordu

“Şarlott”dan 30 ilin rekordu

“Şarlott” növbəti məhsuldar oyununu keçirib. “Atlanta” ilə qarşılaşan “Hornets” 130:127 hesabı ilə qalib gəlib.

Bu görüşdə iki komanda birlikdə 257 xal toplayıb. “Şarlott”un ardıcıl 4-cü qarşılaşmasında bu rəqəm 250-ni keçir.

Bunadək “Miluoki” (125:127), “Çikaqo” (119:133) və “Hyuston”la (143:146) matçlarda yüksək məhsuldarlığı ilə seçilib.

Eyni komandanın ardıcıl 4 oyununda belə məhsuldarlığın qeydə alınması son 30 ilin rekordudur. Sonuncu belə hadisə 1990-cı ildə yaşanıb. Həmin “Denver”in ardıcıl 5 oyununda 250 və ya daha çox xal toplanılıb.

ETOPAZ

Əvvəlki yazı

Çempionat oyunu yarımçıq qaldı

Növbəti yazı

Benzema “İnter”lə matçı buraxacaq