“Çelsi”nin transferi sanksiyaya görə baş tutmadı

“Çelsi”nin transferi sanksiyaya görə baş tutmadı

“Çelsi”nin “Çikaqo Fayr”dan qapıçı Qabriel Sloninanı transfer etmək istəyi baş tutmayıb. Buna səbəb İngiltərə klubuna tətbiq edilən sanksiyadır.

Londonlular 17 yaşlı qolkiperi mövsümün sonunda heyətinə qatmağı planlaşdırırdı. Hətta tərəflər arasında ilkin razılıq da olmuşdu. “Zadəganlar” ABŞ-ın U-21 yığmasının üzvünü 6-7 milyon avroya almağı və gələn ilə qədər hazırkı klubuna icarəyə verməyi düşünürdü. Ancaq transfer qadağası rəhbərliyin bütün planlarını pozub.

Qeyd edək ki, “Çikaqo Fayr”la müqaviləsi bu ilin sonuna qədər olan Qabriel Slonina cari mövsümün 4 matçından 3-də qapısının toxunulmazlığını qoruyub.

ETOPAZ

Əvvəlki yazı

Bruksbi 15 min dollar cərimələndi

Növbəti yazı

Şventek dünyanın 1 nömrəsi olacaq