“Çelsi”nin transfer siyahısı müəyyənləşdi
“Çelsi”nin yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi oyunçuların adları müəyyənləşib. Klubun qısa siyahısına on namizəd daxildir.
Müdafiəçilər Antonio Rudiger və Andreas Kristensen komandanı tərk edəcəkləri üçün komanda arxa xətti gücləndirmək istəyir. “Mavilər” onların yerinə “Sevilya”dan Jül Kunde, “Atletiko”dan Xose Ximenez, PSJ-dən Presnel Kimpembe, “Brayton”dan Mark Kukurella və “Leypsiq”dən Yoşko Qvardiolanı nəzərdən keçirir.
“Çelsi” yarımmüdafiə xəttinə isə 2 oyunçu düşünü. Bunlar “Vest Hem”dən Deklan Rays və “Monako”dan Oreylen Tçumenidir.
Klub forvard da almaq niyyətindədir. Lakin bütün arzu olunan hücumçular kifayət qədər bahadır. London təmsilçisi bu mövqeyə Münhen klubundan ayrılmağa yaxın olan “Bavariya”nın hücumçusu Robert Levandovskini düşünür.