“Çelsi”dən ilk çempionluq

“Çelsi”dən ilk çempionluq

Klublararası dünya çempionatı başa çatıb. Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan yarışın qalibi “Çelsi” olub.

İngiltərə klubu finalda Braziliya “Palmeyras”ını məğlub edib. 58-ci dəqiqədə Romelu Lukakunun hesabı açdığı görüşdə Rafael Veyqa 6 dəqiqə sonra penaltidən bərabərlik qoluna imza atıb – 1:1.

Çempionluq əlavə vaxtda sahibini tapıb. 117-ci dəqiqədə Kay Haverts penaltini dəqiq yerinə yetirərək London klubuna çempionluq gətirib. Bu, “Çelsi”nin ilk dünya çempionluğu olub.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 13.02.2022

Növbəti yazı

İkinci final