Sürpriz kupon – 13.02.2022

Sürpriz kupon – 13.02.2022

“Monako” – “Lorient” – 1

Filip Klemanın gəlişindən sonra “Monako” xeyli artırıb. Əsas rəqiblərindən “Lion” üzərində 2:0-lıq qələbə Çempionlar Liqasına düşmək şansını bir qədər də artırıb. “Lorient”in isə ağır günləri davam edir. Onların favoritə ciddi müqavimət göstərəcəyinə inanmıram. Fikrimcə, ən düzgün variant “Monako”nın qələbəsi olar.

“Union Berlin” – “Borussiya Dortmund” – QOL/QOL

“Union”un ev oyunlarında məharətlə yararlandığı taktika müdafiədir. Əksər oyunlarda rəqibləri əks-hücumda yaxalayırlar. “Borussiya” stabil oyun sərqiləməsə də, məhsuldarlığı ilə fərqlənir. Bir necə variantın üzərində dayanmaq olar.Amma ən düzgün seçim məncə qol-qoldur.

“Tottenhem” – “Vulverhempton” – 1

Antonie Kontenin komandası ardıcıl 2 məğlubiyyət alıb. Oyuna görə “Çelsi”yə məğlubiyyəti başa düşmək olar. Bu məğlubiyyətlər “Tottenhem”i 7-ci pilləyə yuvarlandı. Artıq Avrokubok zonasından kənarda qalmaq təhlükəsi yaranır. Xal itkisi London klubuna yekunda baha başa gələ bilər. Düşünürəm, Kontenin komandası bu dəfə qalib gələrək turnir vəziyyətini nisbətən yaxşılaşdıracaq.

“Mister X”dən ən son “Sürpriz Kupon”

Mr. X

Əvvəlki yazı

Tuxel “Palmeyras”ı gözləyir

Növbəti yazı

“Çelsi”dən ilk çempionluq