“Çelsi”də iki ayrılıq

“Çelsi”də iki ayrılıq

“Çelsi” heyətində dəyişikliklər etməyə hazırlaşır. Bir neçə futbolçu komandanı tərk etməyə yaxındır.

Klub rəhbərliyi hücumçu Romelu Lukaku və qapıçı Kepa Arrizabalaqa ilə yollarını ayırmağı planlaşdırır. “Zadəganlar” onları satmaq niyyətindədir. Londonlular 30 yaşlı belçikalı və 29 yaşlı ispaniyalının satışından ümumilikdə 117 milyon avro qazanmaq istəyir. Bu səbəbdən “mavilər” Səudiyyə Ərəbistanı klubları ilə danışıqlar aparır.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 15.03.2024

Növbəti yazı

Bundesliqada ayın futbolçusu bəlli oldu