“Çelsi” müdafiəçisini Fransaya göndərdi
İngiltərənin “Çelsi” klubunun futbolçusu Emerson karyerasını Fransada davam etdirəcək. İtaliya yığmasının müdafiəçisi Liqa1 təmsilçisi “Lion”a keçəcək. O, icarə əsasında bu klubda oynayacaq. Buna səbəb 27 yaşlı futbolçunun “Çelsi”də heyətə düşə bilməməsidir. O, ötən mövsüm cəmi 2 oyun keçirib. Bunadək Emerson İtaliyada “Roma”, “Palermo”, Braziliyada “Santos”un heyətində çıxış edib.