Braziliyanın hegemonluğu
Cənubi Amerikanın ən nüfuzlu klub turniri olan Libertadores kubokunda yarımfinalçılardan üçü müəyyənləşib. Turnirin tarixində ilk dəfə eyni ölkənin üç komandası bu mərhələyə yüksəlib. Bunlar Braziliya təmsilçiləri “Palmeyras”, “Atletiko Mineyro” və “Flamenqo”dur. Cari mövsümədək heç vaxt bir ölkə yarımfinalda 3 klubla təmsil olunmayıb.
Braziliya bu rekordunu yeniləyə də bilər. “Fluminense” 1/4 finalda Ekvador “Barselona”sını keçsə, yarımfinalda yalnız bir ölkənin klubları olacaq. Bu iki komanda arasında ilk görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb.