“Çelsi” “Leypsiq”in hücumçusunu istəyir
“Çelsi” hücum xəttini gücləndirmək niyyətindədir. Klub “Leypsiq”in forvardı Kristofer Nkunku ilə maraqlanır.
Londonlular 24 yaşlı fransalı ilə müqavilənin şərtlərini razılaşdırıb. Xatırladaq ki, iyun ayında hücumçu “Leypsiq”lə sözləşməsini 2026-cı il iyunun 30-na kimi uzadıb və bu müqavilədə 60 milyon avroluq sərbəst qalma maddəsi nəzərdə tutulub.