“Çelsi” Kulibali ilə danışıqlara başladı

“Çelsi” Kulibali ilə danışıqlara başladı

Müdafiənin mərkəzini gücləndirməyə çalışan “Çelsi”nin axtarışları davam edir. İngiltərə klubu yenidən Kalidu Kulibalinin transferini gündəmə gətirib.

Londonlular “Napoli”nin seneqallı müdafiəçi ilə danışıqlara da başlayıb. Bir ildən sonra azad agent statusu alacaq 31 yaşlı futbolçu hazırda Matteys de Liqt və Milan Şkrinyarla müqayisədə daha ucuzdur.

Onun agenti ilə görüşən “Çelsi” nümayəndələri keçidlə bağlı ilkin müzakirələr aparıb. “Napoli” müdafiəçi üçün 40 milyon avro istəyir.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 29.06.2022

Növbəti yazı

“Nyu-York”da iki vida