Sürpriz kupon – 29.06.2022
“Vila Nova” – “Ponte Preta” – 2,5 ALT
Braziliya B seriyasının autsayderlərinin görüşü. “Vila Nova” sonuncu – 20-ci yerdə, rəqibi isə 2 pillə yuxarıda qərarlaşıb. Hər iki komanda 14 turda cəmi 8 qol vurub. Tərəflərin öz aralarındakı son 7 matçın hamısı 2,5 alt bitib və oyunların 6-da qalib olmayıb. Əslində, bu dəfəki görüşün də heç-heçə bitəcəyini təxmin edirəm, amma daha etibarlı olan 2,5 alt variantını seçirəm.
ABŞ U-20 – Kosta-Rika U-20 – 2,5 ÜST
Gənclərdən ibarət yığma komandalar arasında keçirilən KONKAKAF çempionatında ABŞ həmişəki kimi favorotdir. Onların 1/4 final səddini də keçəcəyinə inam böyükdür. Kosta-Rikanın müqavimət potensialını nəzərə alıb, oyunun 2,5 üst bitəcəyini düşünürəm.
“Şanxay Port” – “Şanxay Şenhua” – 2,5 ALT
Çin Liqasının ən maraqlı derbilərindən biri, Şanxay qarşıdurması. 6 turda 5 qələbə, bir heç-heçəsi olan “Şanxay Şenhua” liderliyi bölüşdürür. Onların məğlubiyyəti, “Şanxay Port”un isə heç-heçəsi yoxdur. 6 oyundan 9 xal yığan “Port” 6-cı yerdədir. Bəlkə də bu mövsümdə ilk heç-heçəni derbidə əldə edəcəklər. Amma yenə hər ehtimala qarşı 2,5 alt variantı məqbul görünür.