Ceko “Fənərbaxça”nın tarixinə düşdü
Edin Ceko xüsusi uğura imza atıb. O, “Fənərbaxça”nın tarixinə düşüb.
37 yaşlı hücumçu Superliqada oynadığı 5 matçda 4 qol və 3 assistlə yadda qalıb. Bosniyalı futbolçu bununla da çempionatın ilk 5 turunda ən çox qolda pay sahibi olan 2 oyunçudan biri olub. 2008/09 mövsümündə seneqallı Mamadu Nianq 6 qol vuraraq, bir də məhsuldar ötürmə etmişdi.