Çantakias “Zirə” tarixinə düşdü

Çantakias “Zirə” tarixinə düşdü

Zirə”nin futbolçusu Dmitrios Çantakias Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. 29 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXV turuna təsadüf edib.

Yunanıstanlı futbolçu “Turan Tovuz”la ev görüşündə (1:1) 90 dəqiqə meydanda olub. O, “Zirə”nin heyətində çıxdığı 100 Premyer Liqa qarşılaşmasında 6 qol vurub.

Dmitrios 2020/21 mövsümündən qəsəbə klubunda çıxış edir. O, Azərbaycan çempionatları tarixində 100 oyun keçirən ilk yunanıstanlı legioner olub.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” 40-a çatdı

Növbəti yazı

Əliyar Ağayev “Dinamo”nun oyununda