Əliyar Ağayev “Dinamo”nun oyununda
Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb. 36 yaşlı hakim Xorvatiyada yerli “Dinamo” və Yunanıstanın PAOK komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyununu idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar. Görüş martın 7-də baş tutacaq.