Canni de Byazi: “Təcrübəli futbolçular belə səhv etməməlidirlər”

Canni de Byazi: “Təcrübəli futbolçular belə səhv etməməlidirlər”

Azərbaycan yığması Millətlər Liqasının ilk turunda Qazaxıstanla qarşılaşıb. Millimiz səfər oyununda 0:2 hesabı ilə uduzub. Matçdan sonra baş məşqçi Canni de Byazi məğlubiyyətə şərh verib:

“İlk hissədə çoxlu imkanlarımız oldu. Təəssüf ki, yaratdığımız 4-5 qol imkanından istifadə edə bilmədik. Hətta deyərdim ki, mən baş məşqçi təyin olunduğumdan gündən bəri ən yaxşı ilk hissəni oynadıq. Start heyəti oyuna çox yaxşı başladı”.

İtaliyalı mütəxəssis məğlubiyyəti səhvlərlə izah edib: “İkinci hissədə 26 metrdən qol buraxdıq. İkinci qol isə böyük diqqətsizlikdən oldu. Hansıki təcrübəli futbolçular belə səhv etməməlidirlər. 2:0-dan sonra oyunda dönüş yaratmaq çox çətin idi. Təəssüf ki, oyunumuz uğursuz nəticələndi. Futbol elə oyundur ki, yaratdığın qol imkanlarından istifadə etməlisən, etməsən nəticədə məğlub olacaqsan. Adətən uduzanda səhv məşqçidə olur”.

ETOPAZ

Əvvəlki yazı

Millimiz Qazaxıstanda məğlub oldu

Növbəti yazı

Günün kuponu – 04.06.2022