Günün kuponu – 04.06.2022

Günün kuponu – 04.06.2022

İtaliya – Almaniya 2,5 ÜST

UEFA Millətlər Liqasında “ölüm qrupu”nda mübarizə başlayır. Bu iki dünya çempionundan başqa qrupda son Avropa ikincisi, 1966-cı ilin dünya çempionu İngiltərə yığması da yer alır. Hazırki Avropa çempionu İtaliya 3 gün əvvəl qitələrarası Supekubok matçında – Finalissimada Argentinaya 0:3 hesabı ilə uduzub. Fikrimcə, tiffozi önündə “günahı yumaq” üçün “Skaudra Azzura” bütün gücünü ortaya qoyacaq. Almanlar haqqında danışmaq isə artıqdır. Qol vurub – buraxan komanda olduğundan bu matçın 2,5 üst bitəcəyini düşünürəm.

Macarıstan – İngiltərə 2

İtaliya, Almaniya və İngiltərənin yer aldığı bu qrupda Macarıstan aşkar autsayderdir. Ona görə digər 3 komanda macarlarla oyunlarda maksimum xal toplamağa çalışacaq. 1962-ci ildən indiyədək, düz 60 ildir Macarıstana uduzmayan İngiltərə millisinin bu görüşdə də qalib gələcəyinə inanıram.

Türkiyə – Farer adaları 1

Məncə, bu variantı heç müzakirə etməyə dəyməz. Türkiyə aşkar favoritdir və fikrimcə, bunu həm oyunu, həm də nəticə ilə təsdiqləyəcək. Dünyanın “8-ci möcüzəsinin” baş verəcəyinə inanmıram, ona görə də oyun 1 variantına mərc edirəm.

İlkin Fikrətoğludan ən son “Günün Kuponu”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Canni de Byazi: “Təcrübəli futbolçular belə səhv etməməlidirlər”

Növbəti yazı

Sürpriz kupon – 04.06.2022