Canni de Byazi: “Qrupda keçirdiyimiz bütün oyunlarda çox yaxşı çıxış etmişik”

Canni de Byazi: “Qrupda keçirdiyimiz bütün oyunlarda çox yaxşı çıxış etmişik”

Millətlər Liqasında mövsümün son turunun oyunları keçirilir. Yığmamız Qazaxıstanı məğlub edib – 3:0.

Matçdan sonra millimizin çalışdırıcısı Canni de Byazinin mətbuat konfransı keçirilib. O, düşüncələrini bölüşüb:

“Bu gün çox keyfiyyətli futbol oynadıq və daha az səhv etdik. Realizasiya baxımından daha yaxşı olmalıyıq. Zərbələrin sayına baxdıqda, faiz baxımından daha çox qol vurmalıyıq. Komandanın ikinci hissədəki oyunundan çox razı qaldım. Qrupda keçirdiyimiz bütün oyunlarda çox yaxşı çıxış etmişik. Qazaxıstanla ilk oyunu xüsusi qeyd edərdim. Orada da qələbəyə layiq komanda biz idik. Düşünürəm ki, düzgün yoldayıq və inkişaf edirik. Bu komanda yaxşı oynaya bilər. Əsas odur, futbolçular eyforiyaya qapılmasınlar.Futbolda çox vaxt ancaq nəticəyə baxırlar. Mən gələndən çoxlu gənc futbolçu oynayıb. Cəlal Hüseynov, Toral Bayramov, Musa Qurbanlı bu müddətdə şans qazanıb. Onlarla davam etməliyik, klublarında da oynamalı, inkişaf etməlidilər ki, nəticələrimizə kömək etsinlər”. 

ETOPAZ

Əvvəlki yazı

Yığmamızdan böyükhesablı qələbə

Növbəti yazı

Millimizin ən yaxşı nəticəsi