Çalışdırıcı postunda qalacaq
Türkiyə millisi baş məşqçi dəyişikliyi etməyəcək. Bunu Türkiyə Futbol Federasiyasının rəsmisi Hamit Altıntop açıqlayıb.
Sabiq futbolçu bildirib ki, almaniyalı çalışdırıcı Ştefan Kuntz postunda qalacaq:
“Milli komandada hər hansı bir dəyişiklik olmayacaq. Bunu yığmaya cavabdeh olan şəxs kimi deyirəm. Baş məşqçi ilə yollarımızı davam etdirəcəyik. Ümid edirəm ki, bundan sonra söz-söhbətlər dayanacaq”.
Qeyd edək ki, Kuntz ötən ilin sentyabrından Türkiyə millisini çalışdırır. “Ay-ulduzlular” Millətlər Liqasının C liqasında yer aldığı qrupu 1-ci pillədə başa vuraraq, B liqasına yüksəlib.