Çalhanoğlu “Lids”in hədəfində

Çalhanoğlu “Lids”in hədəfində

Hakan Çalhanoğlu karyerasını İngiltərədə davam etdirə bilər. “İnter”in yarımmüdafiəçisi “Lids”in maraq dairəsinə düşüb.

İngiltərə klubu bu keçidi yayda reallaşdırmaq istəyir. “Lids”in nümayəndələri 29 yaşlı türk oyunçunun agenti ilə danışıqlara başlayıb.

Onun milanlılarla müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. O, 2021-ci ilin yayında bu kluba keçib.

Hakan cari mövsümdə 32 oyuna çıxıb. Onun hesabında 3 qol və 6 assist var.

ETOPAZ

Əvvəlki yazı

100-cü tripl-dabl

Növbəti yazı

Qvardiola Alvaresi komandada saxlamaq istəyir