Busqets üçüncü pilləyə yüksəldi

Busqets üçüncü pilləyə yüksəldi

İspaniya Millətlər Liqasının 1-ci turunda Portuqaliya ilə qarşılaşıb. 1:1 hesablı bərabərliklə yekunlaşan matç Serxio Busqets üçün əlamətdar olub. 

33 yaşlı yarımmüdafiəçi meydana start heyətində çıxıb. Bu onun milli komandada 134-cü oyunu olub. Bununla da Busqets yığmanın sabiq futbolçusu Xavi Ernandesi geridə qoyub. O, millidəki oyun sayına görə üçüncü pilləyə yüksəlib. 

Yarımmüdafiəçi yalnız Serxio Ramos (180) və İker Kasilyasdan (167) geri qalır. 

ETOPAZ

Əvvəlki yazı

“Boston” rekordla qələbə qazandı

Növbəti yazı

“Valensiya”da yeni baş məşqçi