Busqets Ərəbistan yolunda

Busqets Ərəbistan yolunda

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu portuqaliyalı Kriştiano Ronaldonun ardınca daha bir səs-küylü transferə imza atmaq istəyir. Paytaxt komandası yay transfer dönəmində İspaniya “Barselona”sının kapitanı Serxio Busqetsi heyətə cəlb etməyi planlaşdırır.

“Əl-Nəsr” futbolçuya 13 milyon avro illik maaş təklif edib. 34 yaşlı ispan oyunçunun bu təklifə nə cavab verəcəyi hələlik bəlli deyil. Busqetsin kataloniyalılarla müqaviləsi mövsümün sonunda başa çatır.

ETOPAZ

Əvvəlki yazı

Simeone “Atletiko”dan ayrılır

Növbəti yazı

Ronaldo üçün daha 200 milyon avro