“Bursaspor”da yeni baş məşqçi

“Bursaspor”da yeni baş məşqçi

Türkiyə “Bursaspor”unun yeni baş məşqçisi müəyyənləşib. Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi 1-ci liqa təmsilçisini Yücel İldiz çalışdıracaq.

O, Özcan Bizatinin istefasından sonra boş qalan baş məşqçi postunu tutacaq. Bursa klubu onunla ilkin razılıq əldə edib. “Menemenspor”la XVIII turdakı matça komandanı 68 yaşlı mütəxəssis çıxaracaq.

ETOPAZ

Əvvəlki yazı

İmmobile koronavirusa yoluxdu

Növbəti yazı

“Tottenhem”dən CAS-a şikayət