Bundesliqanın oyunu təxirə salına bilər
Bundesliqanın “Bavariya” – “Union” matçı təxirə salına bilər. Hava şəraiti Münhendəki oyun təşkilini sual altına salıb.
Güclü qar və leysan yağışı üzündən arenanın durumu qənaətbəxş deyil. Bu gün baş tutmalı olan görüşlə bağlı qərar yaxın saatlarda veriləcək.
Bu matç Bakı vaxtı ilə saat 18:30-da başlamalıdır. Lakin qarşılaşmanın keçirilməsi real görünmür.