Bundesliqadan “Milan”a
“Milan” “Volfsburq”un yarımmüdafiəçisi Aster Vranksla maraqlanır. Klublar futbolçunun icarəyə götürülməsini müzakirə edirlər.
“Volfsburq” tam hüquqlu transferin məbləğini 13 milyon avro olaraq təyin etmək istəyir. “Milan” isə qiyməti 11,5 milyona endirmək niyyətindədir.