Buffon koronavirusa yoluxdu

Buffon koronavirusa yoluxdu

İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon koronavirusa yoluxub. “Parma”nın şərəfini qoruyan 44 yaşlı qolkiperin testi müsbət nəticələnib.

O, milad tətilindən qayıtdıqdan sonra bütün komanda üzvləri kimi müayinə olunub. Buffon “Parma”da yoluxan yeganə futbolçudur.

Canluici hazırda öz evindədir və komandadan təcrid olunub. O, cari mövsüm B seriyasında 18 matç keçirib və 6 dəfə qapısını toxunulmaz saxlayıb.

ETOPAZ

Əvvəlki yazı

La Liqada ilk

Növbəti yazı

“Atletiko”da yeni müqavilə