La Liqada ilk
“Atletik”in futbolçusu Oyan Sanset İspaniya La Liqası tarixinə düşüb. 21 yaşlı yarımmüdafiəçi het-trikə imza atan 2000-ci illərdə anadan olan ilk oyunçu olub.
O, XIX turun “Osasuna” ilə görüşündə fərqlənib. Oyan 3:1 hesablı qələbəyə 3 qolla töhfə verib.
Sanset “Atletik”in yetirməsidir. O, cari mövsümün 16 matçında 4 qola imza atıb.