Brozoviçin tələbi

Brozoviçin tələbi

İtaliyanın “İnter” klubu futbolçusu Marselo Brozoviçlə yeni müqavilə imzalamaqda çətinliklə üzləşib. Belə ki, tərəflər anlaşmanın uzadılması ilə bağlı şərtlərdə razılığa gələ bilmir.

Buna yarımmüdafiəçinin daha yüksək maliyyə tələbləri irəli sürməsidir. Milan təmsilçisi futbolçuya 2025-ci ilədək müqavilə təklif edir. Anşalmaya əsasən Marselo ildə 5,5 milyon avro qazanacaq. Bu rəqəm bonuslar hesabına daha da arta bilər.

Brozoviç isə daha yüksək maaş istəyir. Xorvatiyalı bu barədə klub rəhbərliyini də məlumatlandırıb. O, istədiyi məbləğdən aşağı şərtlərlə müqavilə imzalamayacağını bildirib.

Qeyd edək ki, Marselo cari mövsümdə 12 oyun keçirib.

ETOPAZ

Əvvəlki yazı

Xavi islahatlara başladı

Növbəti yazı

Marseldə daha bir ulduz