Xavi islahatlara başladı

Xavi islahatlara başladı

İspaniyanın “Barselona” klubunun yeni baş məşqçisi Xavi komandasında islahatlara başlayıb. Gənc mütəxəssis iki əməkdaşı vəzifəsindən kənarlaşdırıb.

O, əsas komandanın baş fizioterapevti Xuanxo Braunun xidmətindən imtina edib. Braun kənarlaşdırılan yeganə əməkdaş deyil. Fiziki hazırlıq üzrə məşqçi Alberto Rokedə işindən azad edilib. Onların yerini Qətərin “Əl-Sədd” klubunda Xavi ilə çalışmış Karles Noqeyra və İvan Torres tutub.

ETOPAZ

Əvvəlki yazı

İlin ən yaxşılarının açıqlanacağı tarix müəyyənləşdi

Növbəti yazı

Brozoviçin tələbi